Bakı. Trend:
Cəlilabad rayonunda ağackəsilmə faktı ilə bağlı araşdırmaaparılır.
Bu barədə Trend-əDİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundanbildirilib.
Bildirilib ki, rayonun Fətullaqışlaq və Oğrubulaq kəndlərininərazisində ağackəsilmə faktı üzrə Rayon Polis Şöbəsində prosessualaraşdırma aparılır.
Qeyd edilib ki, araşdırmanın nəticələri ilə bağlı hüquqitədbirlər görüləcəkdir.