AZ

Günəşdəki partlayış Yerə doğru hərəkət edən maqnit qasırğasına səbəb olub NOAA

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu həftə Yer kürəsində güclü maqnit qasırğaları müşahidə oluna bilər. Alimlər bildirirlər ki, buna Günəşdə baş vermiş "X1.79" sinifli parlaq partlayış və onun nəticəsində Günəş maddəsinin bir hissəsinin kosmosa atılaraq birbaşa Yerə doğru hərəkət etməsi səbəb olub.

Bizimyol.info xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozlaşdırma Mərkəzindən verilən məlumata görə, bu cür qasırğalar Günəş partlayışlarından sonra yaranır. Partlayış zamanı böyük miqdarda enerji kosmosa yayılır və bu enerji Yer atmosferinə çataraq insanların sağlamlığına təsir göstərə bilər.

Mütəxəssislərin sözlərinə görə, maqnit sahəsindəki dəyişikliklərə xüsusilə yaşlı insanlar və hava dəyişikliklərinə həssas olanlar daha çox reaksiya verirlər. Belə günlərdə baş ağrısı, təzyiqin qalxıb-enməsi, yuxusuzluq, diqqətin dağılması və əhval-ruhiyyənin tez-tez dəyişməsi kimi əlamətlər müşahidə oluna bilər.

Həkimlər bu dövrdə orqanizmi qorumaq üçün rejimə diqqət yetirməyi, daha çox istirahət etməyi, stress və mübahisələrdən uzaq durmağı tövsiyə edirlər.

Bundan əlavə, bol su içmək, baş ağrısı və halsızlıq zamanı bitki çaylarından istifadə etmək, yağlı və duzlu qidalardan müvəqqəti imtina edib, əvəzində tərəvəz, meyvə və yüngül zülallı qidaları menyuya əlavə etmək məsləhət görülür.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr