AZ

“Atletiko Madrid” sürpriz şəkildə satıldı

İspaniya La Liqa təmsilçisi “Atletiko Madrid” "Apollo Sports Capital" tərəfindən alınıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, uzun müddətdir şirkət forması ilə idarə olunan qırmızı-ağlıların 65,98%-lik hissəsi “Atletiko HoldCo” şirkətinin nəzarətində idi.

Rəsmi açıqlamaya görə, "Apollo Sports Capital" hissələrin böyük əksəriyyətini satın alaraq klubda ən böyük pay sahibinə çevrilib.

Satış əməliyyatının 2026-cı ilin birinci rübündə tamamlanacağı bildirilib. Maliyyə detallarına dair hələ rəsmi məlumat yoxdur.

 “Atletiko Madrid”in baş icraçı direktoru (CEO) Migel Anxel Gil və prezidenti Enrike Serezo vəzifələrində qalacaq.

Seçilən
23
90deqiqe.az

1Mənbələr