AZ

Messi “Kamp Nou”nu ziyarət edib

Apasport saytına istinadən ain.az xəbər verir.

“İnter Mayami”nin hücumçusu Lionel Messi yenidən “Barselona”nın stadionunu – “Kamp Nou”nu ziyarət edib.

Kataloniya klubunun arenasında yaxın günlərdə yenidənqurma işləri başa çatıb.

Apasport.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək “Barselona”ya olan bağlılığını bir daha ifadə edib:

“Çox darıxdığım bir yeri ziyarət etdim. Burada çox xoşbəxt idim. Ümid edirəm ki, yenidən bura qayıda biləcəm. Və yalnız futbolçu kimi vidalaşmaq üçün yox – çünki bunu heç edə bilmədim”.

Messi 2005–2021-ci illərdə “Barselona”nın formasını geyinib və klubun tarixinə ən parlaq simalardan biri kimi düşüb. O, 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.

38 yaşlı hücumçunun ABŞ klubuyla müqaviləsinin müddəti 2028-ci ilin dekabrında başa çatacaq.

Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Azərbaycanla oyundan öncə Fransa millisində itki

Levandovski het-trik etdi – La Liqada tarix yazdı

“Fənərbaxça” “Viktoriya Plzen”lə qarşılaşmanın hakimi ilə bağlı UEFA-ya müraciət edib

“Bornmut”un forvardı Premyer Liqada klubunu dəyişə bilər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
apasport.az

2Mənbələr