AZ

Arsenala qəbul edilən bu raket ilk dəfə paradda göstərildi – Texnika haqda mühüm detal

“Vətən Müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümünə həsr edilən Zəfər Paradında Silahlı Qüvvələrimizin arsenalına qəbul edilən bir çox yeni texnika, silah, vasitə və avadanlıqlar ilk dəfə ictimaiyyətə nümayiş etdirildi. Onlardan biri də “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən hazırlanan “Ice Breaker” qanadlı raketi idi”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb.

O qeyd edib ki, 300 kilometrə qədər mənzilə malik bu raket ilk dəfə 18-22 iyul 2022-ci il tarixlərində “Farnborough Airshow” sərgisində təqdim edildi:

“Ice Breaker” raketi 2021-ci ildə eyni şirkət tərəfindən təqdim edilən “Sea Breaker” gəmi əleyhinə raket ailəsinin bir üzvüdür. Bu raketin hazırlanması proqramı uzaqmənzilli, çoxməqsədli raketin əldə olunmasını nəzərdə tuturdu. “Ice Breaker” çoxməqsədli raketdir, hava, quru və dəniz hədəfləri ilə mübarizə aparmaq üçün hazırlanıb.

“Ice Breaker” raketi axtarış, hədəf tanıma və operatordan asılı olmadan hədəfin seçilməsi və məhv edilməsi üçün süni intellekt alqoritmlərindən istifadə etməyə imkan verən bort kompüteri ilə təchiz olunub. Bu isə onu 5-ci nəsil raket olduğunu göstərir”.

Eksperin sözlərinə görə, “Rafael Advanced Defense Systems” raketin gövdəsini gizli (stels) texnologiyadan istifadə edərək hazırlayıb, bu isə onun radarlara görünməsini maksimum çətinləşdirir. Raket rəqəmsal idarəetmə sistemi ilə 3,73 kN dartma gücü istehsal edən “Safran Microturbo TRI 60” turbo mühərriki ilə təchiz olunub. Süni intellektdən sayəsində raketin idarəetmə və analiz sistemləri avtomatik rejimdə fəailiyyət göstərir:

“Yeni nəslə aid olan raketin istənilən hava şəraitində, GPS sisteminin mövcud olmadığı və mürəkkəb radielektron müdaxilə şəraitində fəaliyyət göstərə bilir. Qatlanan karbon lifli qanadlara malik raket olduqca kompakt ölçülərə malikdir. Onun diametri 300 mm, uzunluğu isə 3980 mm-dir. Təvazökar ölçüsünə baxmayaraq, raket 300 km-ə qədər məsafədəki hədəflərə qarşı effektiv nəticələr göstərir.

300 km məsafəyə uçuş 20 dəqiqədən çox çəkmir, ən uzaq məsafələrdə belə raket komanda və idarəetmə mərkəzi ilə təhlükəsiz ikitərəfli əlaqə qurmaq qabiliyyətinə malikdir. İdarəetmə Mərkəzi raketin uçuşuna tənzimləmələr edə bilir, yəni raket buraxılandan sonra belə onun hədəfini dəyişə və ya dayandıra bilir, uçuş zamanı vəziyyəti yenidən qiymətləndirə və raketə yeni hədəf təyin edə bilir.

Seçilən
20
7
nocomment.az

8Mənbələr