AZ

Məhkəmə Sarkozini azad etdi - YENİLƏNİB

Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin məhkəmə nəzarəti altında həbsdən azad edilməsi haqqında qərar qəbul edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, o, bu gün həbsxanadan azad ediləcək.

Keçmiş prezident oktyabrın 21-dən bəri həbsxanadadır.

14:14

Bu gün Paris Apellyasiya Məhkəməsində Fransanın sabiq Prezidenti Nikola Sarkozinin həbsdən azad olunması ilə bağlı müraciətinə baxılacaq.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Dinləmə açıq formatda keçiriləcək.

Prokurorluq Sarkozinin məhkəmə nəzarəti qaydasında azad edilməsini təklif edib. Əgər məhkəmə keçmiş prezidentin azadlığa buraxılmasına razılıq versə, o, elektron qolbaq taxmalı, pul girovu qoymalı və ya müntəzəm olaraq hakimiyyət orqanlarına gəlməli, eləcə də işin digər iştirakçıları ilə əlaqə saxlamamalı olacaq.

Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya lideri Müəmmar Qəddafinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlı iş üzrə beş il müddətinə azadlıqdan məhrum edilib.

"Cebheinfo.az" 

Seçilən
25
cebheinfo.az

1Mənbələr