AZ

Şəkidə qəza Sürücü maşında sıxılı vəziyyətdə qaldı VİDEO YENİLƏNİB

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan altı nəfərdən ikisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 2003-cü il təvəllüdlü Sevindik Abdurəhmanov və "Chevrolet" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Famil Şəmiyev xəsarətlərlə xəstəxanaya hospitalizasiya ediliblər.

Hadisə nəticəsində avtomobillərdə olan dörd nəfərə isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

***10:13

Şəki rayonunun İnçə kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes E220” markalı minik avtomobili ilə “Chevrolet Cruize” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və "Mercedes"in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2003-cü il təvəllüdlü Abdulrəhimov Sevindir Yamən oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
14
avtosfer.az

10Mənbələr