AZ

Saya oturmuş gəmidən 4 min litr yanacaq sızdı

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Norveçin şimalında saya oturmuş desant-nəqliyyat gəmisindən təxminən 4 min litr dizel yanacağı sızıb.

Avtosfer.az Norveçin NRK teleradio şirkətinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

"Hyelsunn kommunasında "M/S Sørøysund" adlı desant nəqliyyat gəmisindən təxminən 4 min litr dizel yanacağı sızıb. Şənbə günü gəmi saya oturub", – deyə teleradio şirkətinin məlumatında bildirilib.

Şirkət hakimiyyət orqanlarına istinadən qeyd edib ki, daha böyük sızmanın qarşısını almaq üçün gəmidən yanacaq boşaldılır, lakin hava şəraitinin işləri çətinləşdirə biləcəyi ilə bağlı narahatlıqlar var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
avtosfer.az

2Mənbələr