AZ

Tiflis yenə AB qrantından imtina etdi

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gürcüstan hakimiyyəti 2026-cı il büdcəsini planlaşdırarkən növbəti dəfə AB qrantlarından imtina etmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze 2026-cı il büdcə layihəsini parlamentdə təqdim edərkən jurnalistlərə bildirib.

"2026-cı ildə də büdcə dəstəyi qrantları görməyəcəksiniz. Biz bunun üzərində işləmirik. Bu gündən etibarən qrantlar əldə etmək üçün müxtəlif AB agentlikləri ilə işləmirik, çünki bəyan etdiyimiz siyasət büdcə dəstəyi qrantlarını davam etdirməyəcəyik", - Kakauridze bildirib.

Maliyyə nazirinin birinci müavini qeyd edib ki, AB qrantlarından imtina edilməsinə baxmayaraq, Gürcüstan borc alacaq ki, bu da infrastruktur layihələrinə xərclənəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
3
axar.az

5Mənbələr