İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini Qətərin “Əl-Sədd” klubundan gələn təklifi rədd edib.
Sportinfo.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Bir neçə gün öncə bir sıra mənbələr 59 yaşlı mütəxəssisin Yaxın Şərqdən gələn yeni təklifi qəbul etməyə yaxın olduğunu yazmışdılar.
Ancaq Mançini son anda qərarını dəyişib və Avropa klublarından gələcək təklifləri gözləməyə üstünlük verib.
Tanınmış mütəxəssis 2023-cü ilin yayında İtaliya millisindən ayrılmış, iki həftə sonra isə Səudiyyə Ərəbistanı yığmasının sükanı arxasına keçmişdi.
O, ötən ilin oktyabrında qarşılıqlı razılaşma əsasında bu postu da tərk etmişdi.
Mançininin adı son aylarda İtaliya A Seriyasının bir neçə klubu, həmçinin, “Yuventus” və “Atalanta” ilə əlaqələndirilir.