AZ

Telefonlar susacaq: FTX-nin göstərişi ilə əlaqə dayandırılacaq

Rusiya rabitə operatorları FTX-nin (Federal Təhlükəsizlik Xidməti) sorğusu əsasında əlaqəni müvəqqəti dayandırmağa məcbur ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.

Qəzetin xəvbərinə görə, bu tədbir “vətəndaşları və dövləti yaranan təhdidlərdən qorumaq məqsədilə” hazırlanmış qanun layihəsinə daxil edilib.

Layihə “Rabitə haqqında” qanuna dəyişikliklər nəzərdə tutur və Rəqəmsal İnkişaf Nazirliyi (Minçifrə) tərəfindən hazırlanıb. Sənəd artıq hökumətin qanunvericilik fəaliyyəti üzrə komissiyası tərəfindən təsdiqlənib.

Yeni qaydalara əsasən, operatorlar Rusiya prezidenti və hökumətinin normativ aktlarında müəyyən olunmuş hallarda FTX-nin göstərişlərini icra etməlidirlər. Yəni xüsusi xidmət orqanı müəyyən etdiyi halda, istənilən mobil və ya internet bağlantısı məhdudlaşdırıla və ya tam dayandırıla bilər.

Eyni zamanda, qanun layihəsində qeyd olunur ki, operatorlar bu tələbləri yerinə yetirdikdə müştərilər qarşısında müqavilə öhdəliklərini pozduqlarına görə məsuliyyət daşımayacaqlar.

Sənəd Daxili İşlər Nazirliyi, FTX, İqtisadi İnkişaf Nazirliyi, “Rospotrebnadzor” ilə razılaşdırılıb və Ədliyyə Nazirliyi, Qanunvericilik İnstitutu, Prezident Administrasiyasının Baş Prokurorluq İdarəsi tərəfindən müsbət rəylə qiymətləndirilib.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr