Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Paralel.az xəbər verir ki , cüdo yığmamız qarışıq komanda yarışının finalında Özbəkistanla üz-üzə gəlib.
Yığma komandamız rəqibini 4:0 hesabı ilə məğlub edərək qızıl medalların sahibi olub.
Qeyd edək ki, komandada ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta