AZ

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayıb öldürdü

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində baş verib. Sakin 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib. Ağır xəsarətlər alan 83 yaşlı M.Atayev hadisə yerində ölüb.

Məlumata görə, it bir neçə ay əvvəl də M.Atayevə hücum edərək onu yaralamışdı./Report

Milli.Az

Seçilən
35
15
milli.az

10Mənbələr