AZ

Məhkəmə Sarkozini azad etdi - Məhkəmə nəzarətində olacaq


Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq lideri Nikola Sarkozinin vəkillərinin onu həbsxanadan buraxılması və məhkəmə nəzarəti altına verilməsi barədə ərizəsini qəbul edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti yazıb.
"Paris Apellyasiya Məhkəməsi sabiq prezidentin həbsən buraxılmasına qərar verib, lakin ona məhkəmə nəzarəti tətbiq edib. Təqdim olunan şərtlər arasında, xüsusilə, Nikola Sarkozinin ədliyyə naziri Jeral Darmanen ilə əlaqəyə girməsi qadağan edilib", deyə materialda qeyd olunub.
Məhkəmə nəzarəti şərtlərinə görə, ona Fransanı tərk etmək qadağandır. Həmçinin, məhkəmə bildirib ki, sabiq prezidentin həbsi əsassız olub.
21 oktyabr tarixində Nikola Sarkozi Parisdə həbsxanaya gətirilib. Bu, 2007-ci ildə onun seçki kampaniyasının Liviya hakimiyyəti tərəfindən qanunsuz maliyyələşdirilməsi işi ilə bağlıdır. Həbs olunmazdan əvvəl verdiyi son bəyanatda siyasətçi qeyd edib ki, barmaqlar arxasına sabiq prezident deyil, günahsız bir insan salınır.

Seçilən
25
nuh.az

1Mənbələr