AZ

Çinin xaricdə avtomobil istehsal etməsinə nə mane olur?

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çin hökumətinin avtomobil alışı üçün dotasiyaları dayandırması bir çox istehsalçını çətin vəziyyətə salıb. 

Avtosfer.az xəbər verir ki, yeni vəziyyət əasən daxili bazara fokuslanmış istehsalçıların müflisləşməsi riski yaradır. Avtomobil eksperti, professor Jak Yu bildirir ki, 20 il əvvəl Çində yerli marka yox idi. İndi onların sayı 150-ni keçib.

Bu gün isə yerli markalar satış həcminə görə xariciləri üstələyir. Artıq avtomobil sənayesi iqtisadiyyatın əas sahələrindən birinə çevrilib. Lakin işin görünməyən tərəfləri də var.

Ekspertin fikrincə, bəzi şirkətlərin daha çox maşın satması həm özlərinə, həm də digərlərinə zərərlidir. Çox vaxt maliyyə itkiləri gizlədilir, debitor və kreditor borclar artır. Problemdən çıxış yolu kimi bəzi istehsalçılar xaricdə, müştəriyə ytaxın yerdə istehsal etməyi planlaşdırırlar. Professorun fikrincə, bu da bir çox çinli istehsalçını labüd böhrandan xilas etməyəcək. Səbəb mentalitet fərqidir. Avropada və ya ABŞ-da kimisə 10 saat işlətmək mümkün olmayacaq. Bu regionlarda zavod qurulmasına da  ən böyük maneə məhz bu amildir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
1
avtosfer.az

2Mənbələr