AZ

“Neftçi”ylə oyundan sonra Qurban Qurbanov futbolçuları başına yığıb dedi ki...

“Çelsi”ylə bərabərliyin ardından (2:2) Azərbaycan derbisində “Neftçi”ni 2:0 məğlub edən “Qarabağ”da üzlər gülür.

Baş məşqçi Qurban Qurbanov sıx qrafikin yaratdığı yorğunluğu nəzərə alaraq futbolçulara dincəlmək imkanı yaradıb.

Təcrübəli çalışdırıcı sonuncu matçdan sonra kollektivə 3 günlük fasilə verib.

Bu, o deməkdir ki, “köhlən atlar” noyabrın 13-də bazada bir araya gələcək. Bu müddətdə futbolçular sərbəstdir. Azərbaycanın müxtəlif rayonlarında, yaxud ölkə xaricində istirahət etmək imkanları var. Vətəninə yollanmaq istəyənlər də həmçinin.

“Qarabağ” fasilə dönəmində yoldaşlıq görüşü keçirməyi planlamır. Buna səbəb əksər futbolçuların milli komandaların sıralarında olmasıdır.

Son çempion növbəti görüşünü noyabrın 21-də səfərdə “Sumqayıt”a qarşı keçirəcək. Mehdi Hüseynzadə adına stadionda reallaşacaq duel saat 19:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
28
sportinfo.az

1Mənbələr