AZ

Gündə bir alma, xəstəliyə “yox” deyər!

Payız fəsli təkcə rəngarəng təbiəti ilə deyil, həm də bol vitaminli meyvələri ilə seçilir. Amma alimlər bu mövsümdə bir meyvəni digərlərindən üstün sayırlar alma.

Doğru.az xəbər verir ki, alimlərin apardığı son araşdırmalara görə, almanın tərkibindəki antioksidantlar, C vitamini və pektin maddəsi bədəni viruslara qarşı qorumaqla yanaşı, ürək və qan-damar sağlamlığını da gücləndirir.

Mütəxəssislər bildirir ki, gündə bir alma yemək, xüsusən də payız aylarında, immun sistemini möhkəmləndirərək soyuqdəymə və digər respirator infeksiyaların qarşısını ala bilər.

Bundan başqa, alma həm sinir sistemini sakitləşdirir, həm də beyinə enerji verir. Tədqiqatlar göstərir ki, hər gün bu meyvədən istifadə edən insanlarda depressiya riski 20% az olur.

Payızın bu ilahi nemətindən bol-bol istifadə edin.  Sağlam qalmaq üçün bəzən bir alma bəs edir!

İlqam Cəbiyev

DOĞRU.AZ

Seçilən
44
1
dogru.az

2Mənbələr