AZ

Bu bina hər an yana bilər - "Qorxu içində yaşayırıq"VİDEO

Bakıda 12 ailənin yaşadığı ikimərtəbəli binada hər an qəza, yanğın baş verə bilər.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Xətai rayonu, NZS qəsəbəsi, Yavər Səfərəliyev küçəsində yerləşən qəzalı binanın sakinləri "Xəzər Xəbər"ə müraciətlərində bildiriblər ki, 100-dən çox yaşı olan tikilidə problemlər saymaqla bitmir.

Üstəlik, binanın taxta və qamış kimi yanar konstruksiyadan ibarət olması sakinləri qorxuya salıb. Şikayətçilər deyirlər ki, bu binaya bir kibrit bəs edər ki, tamimilə yararsız vəziyyətə düşsün.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, binadakı vəziyyətdən xəbərdardırlar. Binanın qəzalı olması ilə bağlı məlumatlar aidiyyəti üzrə yöndəldirilib. Proses mərhələli şəkildə icra olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
24
2
xezerxeber.az

5Mənbələr