AZ

Ağır yol qəzaları: dörd nəfər həlak olub, yaralılar varVİDEO

Qubada toy karvanında ağır qəza olub.

Xezerxeber.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində baş verib.

Toy karvanında hərəkətdə olan  avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü Xaçmaz sakini 23 yaşlı Şahbala Mehdiyev  ölüb, 1 nəfər isə  ağır yaralanıb.

Hacıqabulda  rayonunun Muğan-Meyniman avtomobil yolunun Şirvan kanalının üstündə yerləşən körpüdə baş vermiş qəzada isə 2 nəfər ölüb. Avtomobillərin toqquşması nəticəsində Muğan qəsəbə sakinləri, sürücü 69 yaşlı Sabir Abbasov və onun qardaşı arvadı 72 yaşlı Nəcabət Abbasova hadisə yerində ölüblər. Sürücünün həyat yoldaşı - 69 yaşlı Tutuxanım Abbasova xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Şəkidəki qəzada isə 6 nəfər xəsarət alır. Hadisə Şəki-Qax avtomobil yolunun İncə kəndi ərazisindən keçən hissəsində baş verib. Qax istiqamətində hərəkət edən, 22 yaşlı Sevindir Abdurahmanovun idarə etdiyi avtomobillə, 31 yaşlı Pərviz  Allahverdiyevin idarə etdiyi  minik avtomobili toqquşub.

Nəticədə 4-ü kişi 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.

Şərurda da iki maşının toqquşması ölümə səbəb olub.

Rayonun Püsyan kəndi ərazisində baş verən hadisə zamanı  avtomobil TIR-la toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü, 31 yaşlı Ümid Xəlilov hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
41
xezerxeber.az

1Mənbələr