AZ

“Verstappen Formula 1-in Peləsidir”

Məşhur italiyalı jurnalist və insayder Leo Turrini Braziliyada keçirilən Qran Pridə pit-leyndən 19-cu yerdən start alaraq podiuma qalxan “Red Bull” pilotu Maks Verstappenin çıxışını yüksək qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə 65 yaşlı jurnalist öz şəxsi bloqunda yazıb.

“Yaxşı ki, Antonelli və Verstappen var. Norrisdən nəyisə əsirgəmək istəmirəm — o, Braziliyada qalib gəldi və görünür, titulun sahibi artıq bəllidir. Amma səbirli olun: bu dəfə iki qəhrəman var, onlara hörmət borcum var.

Verstappeni çoxdan tanıyırsınız. O, Formula 1 üçün elə bir simvoldur ki, necə ki Pelə futbolun simvoludur. Kimlərsə bunun şişirtmə olduğunu düşünə bilər, amma mən buna inanıram. Bəli, bəzən o, aqressiv və xoşagəlməz görünür, lakin yenə də “İnterlaqos”da bir daha sübut etdi — tituldan asılı olmayaraq, o, hələ də ən güclü pilotdur.

Ancaq Braziliya Qran Prisinin finiş xəttində Super Maksı Kimi Antonelli qabaqladı. Mənim, bizim “Harri Potter”imiz! Açığını deyim, bu gəncə qarşı xüsusi simpatiyam var. O, artıq “Mersedes”in qızıl dövründəki komandasını idarə etmir, amma parlaq istedadını hər yarışda hiss etdirir. San-Pauludakı bütün həftəsonu o, möhtəşəm idi. Düzünü deyim? Onun çatışmayan tək şey qələbədir. Amma o da gələcək”

Seçilən
55
90deqiqe.az

1Mənbələr