AZ

Hindistanda avtomobil partladı: 8 ölü, 11 yaralı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Hindistanın paytaxtı Nyu-Dehlidə izdihamlı küçədə avtomobil partlayıb. Hadisə nəticəsində səkkiz nəfər həlak olub, daha 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.Demokrat.az xarici KİV-ə istinadən bildirir ki, hadisənin baş vermə şəraiti araşdırılır. Olay yerində polis və tibb işçiləri işləyirlər."Times of India" xəbər verir ki, xəsarət alanların sayı 24 nəfəri keçib, NDTV televiziya kanalı isə 11 yaralının olduğunu bildirir. Bununla belə, bütün mənbələrdə ölənlərin sayı (səkkiz nəfər) eynidir.Partlayışın səbəbi hələlik aydın deyil. Qeyd olunur ki, partlayış anında avtomobil daima izdihamlı olan metro girişinin yanında olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
demokrat.az

1Mənbələr