AZ

"Mourinyo mənim üçün əsl örnəkdir"

style='margin-bottom:10px;'>

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim "Benfika"nın baş məşqçisi Joze Mourinyo barədə danışıb.

QOL.az xəbər verir ki, o, Mourinyonun hər zaman öz üslubu ilə fərqləndiyini bildiririb:

“Çox məşqçilərdən öyrəndim, amma Mourinyunun mənim üçün xüsusi yeri var. O, təkcə portuqaliyalılar üçün yox, bütün dünya futbolu üçün etalondur. Karyerası boyunca, xüsusilə də əvvəllərdə, o, həmişə qalib gəlib. Joze digərlərindən fərqli üslubu ilə seçilirdi və bu İngiltərədə çox bəyənilirdi. Maraqlıdır ki, indi sanki biz ölkələrimizi və klublarımızı dəyişmişik. O, mənim üçün örnəkdir və bəzən onunla mesajlaşırıq”.

Qeyd edək ki, Joze Mourinyo 2025-ci ilin sentyabrında “Benfika”nın baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında klub Portuqaliya çempionatında 11 oyundan sonra 25 xalla üçüncü pillədə qərarlaşıb.

Seçilən
39
1
teleqraf.com

2Mənbələr