AZ

Sabiq və indiki rəislər paradı birlikdə İZLƏDİ -FOTO

Üç gün əvvəl Vətən müharibəsindəki zəfərimizin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda dövlətin müxtəlif qurumlarını təmsil edən rəhbər şəxslər də iştirak ediblər.

Redaktor.az xəbər verir ki, Azadlıq Meydanında baş tutan paradı izləyənlər arasında yüksək rütbəli zabitlər də yer alıblar.

Onların sırasında Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi, general-mayor Fərid Əsgərov və onun sələfi, general-polkovnik Bəylər Əyyubov da olub. Generallar möhtəşəm tədbiri birlikdə izləyiblər. Onların birgə fotosu maraq doğurub. Fərid Əsgərov həm də ilk dəfə general formasında ictimaiyyət qarşısında görünüb.

Qeyd edək ki, bu ilin iyun ayında B.Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezidentin Katibliyinin rəisi təyin olunub. Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə F.Əsgərov gətirilib.

Seçilən
50
4
redaktor.az

5Mənbələr