Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən çay evlərinin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı X.Abdullayev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırma aparılır.