AZ

Suriya prezidentinə qarşı sui-qəsdlərin qarşısı alınıb

Suriya hakimiyyəti İŞİD terror təşkilatının ölkə Prezidenti Əhməd əş-Şaraaya qarşı iki sui-qəsd planını pozub.

 

Modern.az bildirir ki, bu barədə "Reuters" agentliyi Suriya Təhlükəsizlik Xidmətindəki mənbəyə və Yaxın Şərq ölkəsindən olan anonim məmura istinadən xəbər verir.

 

Sui-qəsd planları son bir neçə ayda ifşa edilib. Təşkilatın sui-qəsdlərindən birinin Suriya liderinin iştirak edəcəyi "əvvəlcədən elan edilmiş nişan mərasimi" zamanı həyata keçirilməsi planlaşdırılırdı. Planın digər detalları dəqiqləşdirilir.

Seçilən
38
2
modern.az

3Mənbələr