AZ

Qubada toy karvanında ağır qəza: – Ölən və yaralanan var –FOTO

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən verdiyi məlumata görə, toy karvanında hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

TƏBİB-dən verilən məlumata görə, avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
19
4
heftelik.az

10Mənbələr