AZ

Neymarın oyunu tənqid olundu

style='margin-bottom:10px;'>

Neymar iki aylıq zədə dönəmindən sonra “Santus”un start heyətinə geri qayıdıb.

QOL.az xəbər verir ki, komanda Braziliya çempionatının növbəti turunda “Flamenqo”ya səfərdə 2:3 hesabı ilə uduzub. Sözügedən qarşılaşmada meydana çıxan 33 yaşlı futbolçu oyunda özünü yaxşı tərəfdən göstərə bilməyib. Neymar matçın sonlarına yaxın əvəzlənib və bu qərara etiraz edib. Əvəzlənmədən sonra Neymar oyunun qalan hissəsini izləməyərək birbaşa paltardəyişmə otağına yollanıb. Komandası isə görüşün son dəqiqələrində buraxdığı qolla məğlub olub. İspaniya mətbuatı qayıdışından sonra braziliyalı futbolçunun ləng və zəif oynadığna diqqət çəkərək tənqid edib.

Qeyd edək ki, hazırda Neymarın mövsümün sonunda klubdan ayrılmağı planlaşdırdığı məsələsi gündəmdədir. 
 

Seçilən
37
1
teleqraf.com

2Mənbələr