ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Rusiya ilə Şimali Koreya arasında Tumannaya çayı üzərindən təxminən 5 kilometr uzunluğunda körpünün tikintisinə başlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.
Peyk görüntülərinə görə, Rusiya tərəfində tikinti işləri çay yatağına təxminən 110 metr irəliləyib və dayaqlar qurulub. Şimali Koreya tərəfində altı dayaq tikilib və daha ikisi üçün təməl qazılıb.
Şimali Koreya üzrə ekspert Frederik Spohr “Bild”ə verdiyi müsahibədə bildirib ki, yeni yol bağlantısı Rusiyaya sanksiya təzyiqi riskini azaltmağa imkan verəcək. Bəzi Şimali Koreya yükləri quru yolu ilə çatdırıla bilər ki, bu da ölkələr arasında ticarət axınlarının monitorinqini çətinləşdirir.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.