Birləşmiş Ştatlar Suriyaya qarşı sanksiyaları və ixrac nəzarətini yumşaldacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Departament qeyd edib ki, ABŞ-də istehsal olunan əsas mülki malların, həmçinin proqram təminatı və texnologiyanın Suriyaya və ya Suriya daxilində daşınmasına lisenziya olmadan icazə verilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyanın keçid lideri Əhməd Əl Şaraa ilə görüşüb.