Salah Eddine Benhia karyerasını Azərbaycanın I Liqasında davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Şahdağ Qusar”la anlaşıb.
Mərakeşli son olaraq ölkəsində “Renaissance Zemamra”nın formasını geyinib.
Bu mövsüm I Liqada debüt edəb “Şahdağ” 7 tura 10 xal toplayıb. Qusar təmsilçisi bu göstərici ilə turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.