Böyük Britaniya hökuməti Çin istehsalçısı "Yutong" şirkətinin İngiltərə bazarına təqdim etdiyi yüzlərlə elektrik avtobusunun idarəetmə sistemlərinə uzaqdan çıxış imkanını araşdırır.
Avtosfer.az-ın "Financial Times" nəşrinə istinadən məlumatına görə, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Nəqliyyat Nazirliyinin rəsmiləri Milli Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq edərək dünyanın ən böyük (Çin mənşəli – red.) avtobus istehsalçısı olan "Yutong" şirkətinin proqram təminatının yenilənməsi və diaqnostikası məqsədilə nəqliyyat vasitələrinin idarəetmə sistemlərinə uzaqdan çıxışa malik olub-olmadığını qiymətləndirirlər", - məqalədə bildirilib.
Qeyd olunub ki, şirkət artıq Britaniya bazarına təxminən 700 avtobus təqdim edib.