AZ

Bölgələrdə mal ətinin qiyməti ucuzlaşıb – VİDEO 

Bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması xəbərləri mal ətinə tələbatı azaldıb və qiymətlərdə düşüşə səbəb olub. Satıcılar bildirirlər ki, ucuzlaşma təxminən 1-2 manat civarındadır.

Doğru.az xəbər verir ki, Xəzər TV-yə istinadən, Tovuzda iribuynuzlu heyvan ətinin 1 kiloqramı əvvəl 17 manat idisə, indi 15 manata təklif olunur. Xırdabuynuzlu heyvan ətində də 1-2 manatlıq ucuzlaşma müşahidə edilir, quzu əti isə 20 manatdan 18 manata endirilib.

Cəlilabadda mal ətinin qiyməti 1-1,50 manat aşağı düşüb; əvvəllər 16-16,50 manata satılan mal əti indi 15 manata təklif olunur. Satıcılar qeyd edirlər ki, qiymətlər düşsə də, alıcı sayı hələ də azdır.

Qiymətlərin ucuzlaşmasının əsas səbəblərindən biri xəstəlik xəbərləri olsa da, digər səbəb ölkəyə ucuz heyvan ətinin idxal edilməsidir.

DOĞRU.AZ

Seçilən
12
9
dogru.az

10Mənbələr