AZ

Putinlə Tramp arasında Qarabağ söhbəti: Qafqazda yeni reallıqlar

KONKRET.az xəbər verir ki, Baku TV-nin “Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Gürcüstanın “1TV.GE” nəşrinin xəbərinə görə, 8 noyabr – Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

Diqqətə çatdırılıb ki, dövlət başçımız və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Mənbə vurğulayıb ki, 10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və Rusiya tam atəşkəsi nəzərdə tutan birgə bəyanat imzalayıblar və üçtərəfli bəyanatda Kəlbəcər, Ağdam, Laçın rayonlarının Azərbaycana qaytarılması öz əksini tapıb.

Amerika lideri Donald Tramp ABŞ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş müqavilələrin imzalanmasına kömək etməsindən bəhs edib.

“TASS” xəbər verir ki, o bu məsələni iki həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini bildirib.

D.Trampın sözlərinə görə, Vladimir Putin söhbət zamanı Rusiyanın “10 ildir bu müharibəni bitirməyə çalışdığını” və “uğursuz olduğunu”, ABŞ-nin isə buna son qoyduğunu bildirib.

 

Seçilən
17
1
konkret.az

2Mənbələr