ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Volçansk demək olar ki, yerlə-yeksan edilib, bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin mövqelər qurması və rusların irəliləməsini dayandırması çətinləşib.
Globalinfo.az xəbər verir ki, bunu Birləşmiş Qüvvələrin sözçüsü Trequbov bildirib.
Onun sözlərinə görə, Volçansk hazırda Avdeyevka və ya Volnovaxa ilə müqayisə oluna biləcək vəziyyətdədir. Şəhərə isə Rusiya qüvvələri hava zərbələri endirir.
“Bu sərhəd şəhəri illərlə müqavimət göstərirdi, amma indi mövqe qurmaq üçün demək olar ki, heç bir yer qalmayıb. Ukrayna bölmələri yalnız şəhərin cənub hissələrində mövqeləri saxlayır — orada hələ nəsə qalıb və yerləşmək mümkündür”, — deyə Trequbov əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.