Bakı. Trend:
Neftçala şəhərində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Neftçala şəhərindəbazar ərazisində metal və taxta konstruksiyalardan ibarət ümumisahəsi 300 m² olan, bir dam altında tikilən obyektlərdən 3 ədədtərəvəz satışı mağazasının yanar konstruksiyaları 100 m² sahədəyanıb.
Digər mağazalar və bazar yanğından mühafizə olunub. Yanğınyanğından mühafizə bölmələri tərəfindən söndürülüb.