AZ

Bazarda baş verən yanğın söndürüldü -

Neftçala şəhərində bazarda baş verən yanğın söndürülüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 100 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

22:21

Neftçala şəhərində bazar yanır.

Metbuat.az Report-a istinadən xəbər verir ki, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
metbuat.az

1Mənbələr