ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Oktyabrın 10-da qüvvəyə minən atəşkəsdən sonra Qəzzada 271 nəfər öldürülüb. Onlardan 107-si uşaq, 39-u qadın, 9 nəfəri isə yaşlı insandır.
Globalinfo.az xəbər verir ki, atəşkəsin tətbiqindən sonra İsrailin davam edən hücumları barədə HƏMAS tərəfindən yazılı açıqlama yayımlanıb.
Qeyd olunur ki, İsrail hər gün atəşkəsi pozur və bunun üçün bəhanələr uydurur.
Atəşkəsin təmin edilməsi üçün vasitəçilər İsrailə təzyiq göstərməyə çağırılıb, HƏMAS isə atəşkəsə riayət etdiyini vurğulayıb: atəşkəsdən sonra 72 saat ərzində 20 israilli əsir buraxılıb, 28 ölü girovdan 24-nün meyiti tapılıb.
Bundan başqa, Qəzzada 622 fələstinlinin yaralandığı bildirilir ki, onlardan da 221-i uşaq, 137-si qadın, 33-ü isə yaşlı sakinlərdir. Qəzzaya vəd edilən yardımın isə yalnız 5 faizi anklava daxil olub. Xəstəxanalar, elektrik stansiyaları, su-kanalizasiya sistemləri üçün lazım olan avadanlıqlar isə Qəzzaya buraxılmayıb. Oktyabrın 20-də açılmalı olan Rəfah sərhəd-keçid məntəqəsi isə hələ də bağlıdır.
HƏMAS-ın açıqlamasında təcili olaraq 300 min çadırın çatdırılmasına çağırış edilib. Həmçinin, tibbi və humanitar yardımın, jurnalistlərin və mülki müdafiə qruplarının bölgəyə girişinə icazə verilməsi tələb edilib.
Aysel Əliyeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.