AZ

Arvadını döyən keçmiş UFC döyüşçüsü həbsxanada öldü

BAKI, 10 noyabr. TELEQRAF

Keçmiş Ultimate Fighting Championship (UFC) döyüşçüsü, "Pepey" ləqəbi ilə tanınan Qodofredo Kastro Florida ştatının həbsxanasında 38 yaşında dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, döyüşçü 4 ay öncə həbs olunmuşdu.O, həyat yoldaşı Samaranı döydüyü üçün dəmir barmaqlıqlar arasına salınmışdı.

Dostu onun intihar etdiyini desə də,həbsxana rəhbərliyi hələlik faciənin səbəbi ilə bağlı rəsmi açıqlama verməyib.

Kastro 2012-ci ildən 2018-ci ilə qədər UFC-də yarışıb. 22 MMA döyüşü keçirib, 14 qələbə və 7 məğlubiyyəti olub.

Seçilən
22
teleqraf.com

1Mənbələr