AZ

FİFA “The Best” mükafatına namizədləri müəyyənləşdirdi

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

FİFA “The Best” mükafatına namizədləri müəyyənləşdirib. Üç nominasiya üzrə namizədlərin siyahısı açıqlanıb.2025-ci il üçün “İlin ən yaxşı futbolçusu” nominasiyasına namizədlərin siyahısına 11 oyunçu layiq bilinib. Qalib milli komandaların baş məşqçiləri və kapitanları arasında aparılacaq sorğu əsasında müəyyənləşəcək. Namizədlər isə Usman Dembele (PSJ, Fransa), Əşrəf Hakimi (PSJ, Mərakeş), Kilian Mbappe (“Real”, Fransa), Nunu Mendeş (PSJ, Portuqaliya), Harri Keyn (“Bavariya”, İngiltərə), Koul Palmer (“Çelsi”, İngiltərə), Pedri (“Barselona”, İspaniya), Rafinya (“Barselona”, Braziliya), Məhəmməd Salah (“Liverpul”, Misir), Vitinya (“PSJ”, Portuqaliya) və Lamin Yamaldı (“Barselona”, İspaniya). Qeyd edək ki, ötən il bu nominasiyanın qalibi “Real”ın və Braziliya yığmasının oyunçusu Vinisius Junior olub.FİFA ilin ən yaxşı qapıçısı üçün ayrılan mükafata namizədlərin siyahısını da açıqlayıb. Siyahıya Alisson Bekker (“Liverpul”, Braziliya), Tibo Kurtua (“Real”, Belçikaı), Canluici Donnarumma (PSJ/“Mançester Siti”, İtaliya), Emiliano Martines (“Aston Villa”, Argentina), Manuel Noyer (“Bavariya”, Almaniya), David Raya (“Arsenal”, İspaniya), Yann Zommer (“İnter”, İsveçrə) və Voytsex Şçensnı (“Barselona”, Polşa) daxil edilib. Xatırladaq ki, ötən il bu mükafatın sahibi “Aston Villa”nın və Argentina yığmasının üzvü Emiliano Martines olub.FİFA bu il üçün “İlin ən yaxşı baş məşqçisi” nominasiyasına namizədlərin siyahısını da elan edib. “The Best” mükafatı uğrunda 7 məşqçi mübarizə aparacaq. Onlar Xavyer Agirre (Meksika yığması), Mikel Arteta (Arsenal),Luis Enrike (PSJ), Hans-Diter Flik (Barselona), Entso Mareska (Çelsi), Roberto Martines (Portuqaliya yığması) və Arne Slotdu (Liverpul). Yeri gəlmişkən, bu nominasiyanın əvvəlki qalibi Karlo Ançelottidi. Ondan əvvəl laureat adını Xosep Qvardiola (2023), Lionel Skaloni (2022), Tomas Tuxel (2021), Yürgen Klopp (2019 və 2020), Didye Deşam (2018), Zinəddin Zidan (2017) və Klaudio Ranyeri (2016) qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
2
icma.az

3Mənbələr