Bundan sonrakı hədəfim beynəlxalq turnirlərdə Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaq olacaq.
BAKU.WS xəbər verir ki, bunu report-a Azərbaycan üzgüçüsü Ramil Vəlizadə bildirib.
"İslamiadada medal qazanacağımı gözləyirdim. Sadəcə, mükafatın əyarının necə olacağını bilmirdim. Çünki hazırlıq proqramımızda müəyyən dəyişikliklər var idi. Buna baxmayaraq, şükür ki, fəxri kürsüdə yer almağı bacardım", - idmançı bildirib.
Qeyd edək ki, R.Vəlizadə kişilər arasında 200 metr məsafəyə kəpənək üsulla üzməkdə 2.01.16 nəticə ilə İslamiadanın gümüş medalını qazanıb.