Azərbaycanın qadın boksçusu Aynur Mikayılova VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, o, 57 kq-da fərqlənib.
O, finalda Özbəkistan idmançısı Xumorabonu Mamajonovana məğlub olub.
Beləliklə, boksçularımız yarışı 7 nəfərə 6 medal olmaqla, 1 qızıl, 3 gümüş, 2 bürünclə başa vurublar.