AZ

“Napoli” “Qarabağ” üçün qiyməti açıqladı – 324 manatda dayandılar!

Noyabrın 25-də keçiriləcək, Bakı vaxtı ilə 00.00-da başlayacaq “Napoli” – “Qarabağ” oyununu təkcə ölkəmizdə yox, İtaliyada da həvəslə gözləyirlər. Maradonanın sabiq komandası, cari ÇL mövsümündə 4 xal toplayan Neapol təmsilçisi məhz ağdamlılarla oyuna hədəflərinə çaxmaq baxımından dönüş nöqtəsi kimi yanaşır. “Napoli” dünən “Qarabağ”la oyunun biletlərini satışa çıxarıb. Qiymət isə 25-165 avro (49-324 manat – red.) arasında dəyişir.
Onu da vurğulayaq ki, oyunun keçiriləcəyi “Dieqo Armando Maradona” stadionu 54726 yerlikdi. “Napoli”nin bu arenada keçirdiyi sonuncu çempionat oyununu (1 noyabr, Komo – 0:0) 52 min azarkeş gözləyir. Artıq əminliklə demək olar ki, Azərbaycan çempionunu “isti” qarşılanma gözləyir.
ORXAN

Seçilən
35
1
football-plus.az

2Mənbələr