Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib. O qeyd edib ki, hər iki gəmi beynəlxalq sularda vurulub və göyərtədə olan 6 nəfər həlak olub. Heqsetin sözlərinə görə, Prezident Trampın əmri ilə terrorçu təşkilatlara məxsus bu gəmilərə zərbələr endirilib, kəşfiyyat məlumatları onların qanunsuz narkotik daşımaları ilə məşğul olduğunu göstərib. Məlumatda bildirilir ki, həmin gəmilər Şərqi Sakit okeandakı məlum narkotik ticarəti marşrutu ilə hərəkət edirmiş. Sentyabrdan bəri ABŞ Karib və Sakit okeanda 20 narkotik-terror fəaliyyəti üzrə hərəkət edən qayığa 19 zərbə endirib. Pentaqon bu əməliyyatlardan ümumilikdə 75 nəfərin öldürüldüyünü bildirib. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.