AZ

Rusiya Donbasda “son manevr”ə başladı – 150 minlik ordu Pokrovsku hücuma keçdi

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “The New York Post”a müsahibəsində bildirib ki, Rusiya Donbas istiqamətində genişmiqyaslı hücuma keçib.

Musavat.com xəbər verir ki, rus ordusu Pokrovsk şəhərinə təxminən 150 minlik canlı qüvvə və iri zirehli texnika cəmləyib. Məqsəd Ukraynanın müdafiə xəttini yararaq Donetsk vilayətinə tam nəzarət əldə etməkdir.

Sırski deyib ki, əməliyyatda dörd dəniz piyadası briqadası və böyük mexanikləşdirilmiş bölmələr iştirak edir. Buna baxmayaraq, Pokrovsk hələ də Ukrayna ordusunun nəzarətindədir. Onun sözlərinə görə, “şəhərin ələ keçirilməsi” barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Rusiya qüvvələri şəhəri mühasirəyə almağa və təchizat yollarını kəsməyə çalışsa da, buna nail ola bilmir. Ukrayna tərəfi kəşfiyyat məlumatları və uzaqmənzilli zərbələr sayəsində düşmən arxa cəbhəsini vurur və onun ehtiyatlarını tükəndirir.

Sırski vurğulayıb ki, Pokrovskun müdafiəsi Ukrayna ordusu üçün prioritet istiqamətdir və Rusiya ordusunun “son manevri”nin də nəticəsiz qalacağına inanır.

 

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr