ABŞ Sezar Qanunu çərçivəsində Suriyaya qarşı sanksiyaları dayandırıb. Musavat.com xəbər verir ki, məlumatı ölkənin Maliyyə Nazirliyi açıqlayıb.
Nazirliyin açıqlamasından aydın olur ki, həmin qanunla Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalar isə olduğu kimi qalıb. Bildirilir ki, "Sezar Qanunu çərçivəsində sanksiyaların tətbiqi 180 gün müddətinə qismən dayandırılıb".
Müvafiq qərarı ABŞ Dövlət Katibi Marko Rubio verib. Lakin sənəddə deyilir ki, dayandırılma "Rusiya və İran hökumətləri ilə bağlı müəyyən əməliyyatlara, malların, texnologiyanın, proqram təminatının və xidmətlərin, eləcə də Rusiya və İran mənşəli vəsaitlərin və maliyyələşdirmənin ötürülməsinə və ya təmin edilməsinə" şamil edilmir.
Musavat.com