GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Mərhum Liviya lideri Müəmmar Qəddafinin (1942-2011) oğlu Hannibal vəkilləri Livan məhkəməsi tərəfindən təyin edilmiş 896 min dollar məbləğində girovu ödədikdən sonra azadlığa çıxıb.
Globalinfo.az “Oxu.az”a istinadla xəbər verir ki, bu barədə “Almodon” xəbər portalı məlumat yayıb.
Qeyd olunur ki, Hannibal Qəddafi Ümumi Təhlükəsizlik İdarəsinin binasını tərk edib və gücləndirilmiş mühafizə altında Beyrutdakı evinə yollanıb, orada ailəsi ilə birlikdə təxminən 10 gün keçirəcək. Qalan bütün prosedurlar başa çatdıqdan sonra o, şəxsi təyyarə ilə ehtimal ki, Birləşmiş Ərəb Əmirliklərinə uçacaq.
Əvvəllər məhkəmə orqanları 2015-ci ildən həbsdə olan Qəddafinin oğlunun azad edilməsi üçün 11 milyon dollar məbləğində girov tələb edirdi.
Qeyd edək ki, Qəddafinin oğlu 2015-ci ildən Livanda həbsdədir. O, qonşu Suriyadan – siyasi sürgündə yaşadığı yerdən “Amal” hərəkatının döyüşçüləri tərəfindən qaçırılmış, sonra isə Livan hüquq-mühafizə orqanlarına təhvil verilmişdi. 2017-ci ildə təqsirləndirilən şəxs 1978-ci ildə Liviyada itkin düşmüş şiə imamı Musa Sədr haqqında məlumatı gizlətməkdə ittiham edilmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.