AZ

Ekvadorda bir həbsxanada 27 məhbusun meyiti tapıldı

Ekvadorda bir həbsxanada 27 məhbusun meyiti tapıldı

Ekvadorun El Oro əyalətindəki bir həbsxanada 27 məhbusun meyiti aşkarlanıb.

Yerli medianın məlumatına görə, Azadlıqdan Məhrum Edilmiş Şəxslərə və Cinayət Törətmiş Gənclərə Qulluq üzrə Milli Xidmət (SNAI) 27 məhbusun öldüyünü təsdiqləyib və hadisənin əyalətin Maçala şəhərində yerləşən bir həbsxanada baş verdiyini bildirib.

SNAI açıqlamasında məhbusların ölümünə səbəb olan amillərin hərtərəfli araşdırılması üçün prokurorluq tərəfindən istintaqın başladıldığını qeyd edib.

İlkin məlumatlara görə, ölümlərin asfiksiya (oksigen çatışmazlığından yaranan boğulma) nəticəsində baş verdiyi ehtimal olunur.

Ekvador həbsxanalarında tez-tez baş verən dəstə toqquşmaları və zorakılıq hadisələri səbəbindən bu ölümlərin bir hesablaşma nəticəsi ola biləcəyi versiyası da istisna edilmir.

Seçilən
18
afn.az

1Mənbələr