Musavat.com xəbər verir ki, “Rossseti Centr” şirkətinin əməkdaşları Yaroslavl vilayətinin Podvyaznovo kəndində qanunsuz “mayninq” (kriptovalyuta istehsalı) ferması aşkarlayıblar.
RİA Novosti-nin məlumatına görə, qeyri-qanuni fəaliyyət nəticəsində elektrik şəbəkəsinə 8,2 milyon rubl məbləğində zərər dəyib.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır, məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Musavat.com