"Neftçi"nin legionerləri Vensan Abubakar, Sessi D Almeyda və Alessio Kurçile milli komandalara çağırılıblar.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Vensan Abubakar Kamerun, Sessi D Almeyda Benin, Alessio Kurçi isə Lüksemburq yığmasına dəvət alıb.
Kamerun millisi noyabrın 13-də Konqo ilə qarşılaşacaq. Benin noyabrın 18-də Brukina Fasonu qəbul edəcək.
Lüksmeburq isə noyabrın 14-də Almaniya, noyabrın 17-də Şimali İrlandiya ilə üz-üzə gələcək.