İsveçrə ABŞ-la bu ölkəyə idxal edilən mallarına gömrük rüsumlarını 39 faizdən 15 faizə endirmək üçün razılaşma bağlamağa yaxındır.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Avropa Birliyi də iyul ayında oxşar razılaşma əldə edib.
Mənbələrə görə, razılaşma növbəti iki həftə ərzində bağlana bilər. Hələlik heç nə dəqiqləşdirilməyib və iyul ayında baş verən vəziyyət təkrarlana bilər. Qeyd olunur ki, həmin vaxt İsveçrənin yüksək vəzifəli rəsmiləri amerikalı həmkarları ilə daha əlverişli şərtlər barədə danışıqlar apardıqlarını güman ediblər. Lakin ABŞ prezidenti Donald Tramp əldə olunan razılaşmaları təsdiqləməkdən imtina edib.
Daha əvvəl Tribune de Genève qəzeti lüks brendlərə sahib olan Rolex və Cartier şirkətlərinin rəhbərləri də daxil olmaqla altı İsveçrəli milyarderin İsveçrə mallarına tarifləri azaltmaq ümidi ilə 4 noyabrda Vaşinqtonda Trampla görüşdüyünü bildirmişdi. Bu danışıqların birbaşa aparılmadığı və İsveçrə hökumətinin nümayəndələrinin iştirak etmədiyi bildirilir. Daha sonra Tages-Anzeiger qəzeti xəbər vermişdi ki, tariflərin azaldılması müqabilində ABŞ hakimiyyəti İsveçrədən sanksiya rejiminə riayət etməsini və ölkəyə ivestisiyalara ABŞ-ın istəklərinə uyğun qaydada nəzarəti həyata keçirməsini tələb edib.
Musavat.com